“Karvan” yeni baş məşqçisini tapdı Azər Bağırova güvəndilər!

04.07.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer-liqada çıxış edəcək “Karvan”ın yeni mövsümlə bağlı bəzi planları bəlli olub. Daha əvvəl də xəbər verdiyimiz kimi, Yevlax təmsilçisi baş məşqçi postundan azad etdiyi Kənan Kərimova vitse-prezident vəzifəsini tapşırıb.

Xatırlayırsızsa, bu komandanı uzun müddətdi işsiz qalan təcrübəli mütəxəssis Azər Məmmədovun çalışdıracağını yazmışdıq. Lakin “Football-plus.az”ın əldə etdiyi məlumata görə, bu yöndə də vəziyyət dəyişib. Klub rəhbərliyi baş məşqçi postu üçün Azər Bağırovun daha uyğun namizəd olduğunu düşünür. Bu yaxınlarda mütəxəssislə ilkin danışıqlar olub və razılıq əldə edilib. Məşqçiylə münasibətlər tezliklə rəsmiləşəcək.
Xatırladaq ki, Azər Bağırov məşqçi karyerası ərzində premyer-liqada çıxış edən “Araz-Naxçıvan” və “Kəpəz”in “sükanı arxasında” olub. O, ötən mövsüm Gəncə təmsilçisini premyer-liqada saxlamağı bacarıb.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью