“Karvan Yevlax” daha bir futbolçunu yola saldı

12.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Karvan-Yevlax" daha bir futbolçu ilə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Niderlandlı müdafiəçi Şakil Snonun müqaviləsi başa çatıb və o komandanı tərk edib. 30 yaşlı futbolçu ötən ilin yayından Yevlax təmsilçisində çıxış edirdi.


Xatırladaq ki, yeni mövsümdən 1-ci liqada oynayacaq "Karvan-Yevlax"ı daha əvvəl  Moise Nqvisani, Olavale Doyeni, Joy Slayd Mickels, Qavi Thompson, Kayl Spens və Pedro Mateus da tərk edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью