“Karvan Yevlax” evə qayıtmaq üçün FİFA nın yolunu gözləyir AÇIQLAMA

08.10.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Karvan-Yevlax”ın ev oyunlarını Yevlax şəhər stadionunda keçirə bilməməsinin əsas səbəbi haqda məlumat vermişdik. Belə ki, bunun səbəbi klubun ot örtüyünə görə sertifikat ala bilməməsi imiş.

Bəs, Yevlax təmsilçisi problemi niyə həll edə bilmir?
Sualı klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə ünvanladıq. O, “Football-plus.az”a açıqlamsında bildirdi ki, “Karvan-Yevlax” stadionla bağlı görülməli olan bütün işləri başa çatdırıb. Yalnız sertifikatın alınması prosesi yekunlaşmayıb. Hər halda, klub bununla bağlı FİFA-ya müraciət edib. Qurum əməkdaşlarının bu həftə ot örtüyünə baxış keçirəcəyi gözlənilir.
Maraq üçün qeyd edək ki, “Karvan-Yevlax”ın növbəti ev oyunu 9-cu tura təsadüf edəcək. Komanda oktyabrın 24-də “Turan Tovuz”u qəbul edəcək.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью