Karvan Yevlax heyətinə yeni hücumçu cəlb edib

15.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan "Karvan-Yevlax" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub “Zirə” klubuna məxsus 20 yaşlı nigeriyalı hücumçu Abdul Azizi icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, gənc futbolçu 6 ay müddətində Yevlax təmsilçisinin heyətində çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью