Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq. "Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayev Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"a(4:1) məğlubiyyətini şərh edib: "Məğlubiyyətdən sonra danışmaq çətindir.
Amma reallığı qəbul etməliyik. "Sumqayıt"la görüşdə çox ümidliydik ki, hesabı bərabərləşdirdikdən sonra minimum bir xalla evə qayıda bilərik
Amma görünən odur ki, futbolda səhvlər qaçılmazdır. Ucuz səhvlərdən qollar buraxdıq. Qollar buraxdıqdan sonra toparlanmaq da çətin idi.
Məğlubiyyətin səbəbləri çoxdur. Futbolda hər kiçik detal sonda nəticəyə təsir edir. Ona görə də, artıq nəsə danışmaq mənasızdır.
Sadəcə bu vəziyyətdən çıxmaq və çalışmaq lazımdır". Abdullayev, "Karvan-Yevlax"ın turnir cədvəlində sonuncu pilləyə yuvarlanmaq təhlükəsi ha
Biz də sona qədər mübarizə aparmalıyıq. Toparlanmaq və daha da məsuliyyətli olmaq lazımdır.
Məşqçi heyəti, futbolçular hamısı bir yerə vurmalıyıq. Birlikdə işləsək, nəyəsə nail ola bilərik. Bəzi şeylər düzəlməlidir.