Karvan Yevlax ın zədəliləri sıraya döndülər

15.10.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 7-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Karvan-Yevlax"ın zədəli futbolçularının son vəziyyəti bəllidir.

Yevlax təmsilçisinin sözçüsü Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, komandanın zədəliləri sıraya dönüblər:

"Həm qapıçı Pedro Mateuş, həm də hücumçular - Araz Abdullayev və Coy Sleyd Mikels bu gün komanda ilə məşq ediblər. "Sumqayıt"la oyun ərəfəsində cəzalı durumda olan futbolçu da yoxdur".

Qeyd edək ki, "Sumqayıt" - "Karvan-Yevlax" görüşü oktyabrın 18-də keçiriləcək. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью