Karvan Yevlax Kəpəz oyununun baş hakimi dəyişdi

19.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi Rauf Cabarov olacaq.

Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью