“Karvan Yevlax” qapı xəttini gücləndirdi VİDEO

21.07.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Növbəti mövsüm Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi 33 yaşlı qapıçı Orxan Sadıqlını transfer edib.

Son olaraq “Mingəçevir” klubunda forma geyinən futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Orxan karyerası ərzində “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” “Zirə” və “Şəmkir” klubların qapısını qoruyub.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq yenidən Azərbaycan Birinci Liqasına enib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью