“Karvan Yevlax” “Sabah” oyununda ciddi zədə: Mikels xəstəxanaya aparıldı

05.10.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Karvan-Yevlax” – “Sabah” oyununda xoşagəlməz hadisə yaşanıb.

Matçın son dəqiqələrində “Sabah”ın hücumçusu Con-Ley Mikels ağır zədə alaraq meydanda qalıb.

Epizod “Karvan-Yevlax”ın qapıçısı Kamran İbrahimovla toqquşmadan sonra baş verib. Almaniyalı futbolçu yerə yıxıldıqdan sonra tibbi personal dərhal müdaxilə edib.

İlkin yardım göstərildikdən sonra Mikels təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью