“Karvan Yevlax” söz verdi, PFL təkzib etdi

01.10.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Karvan-Yevlax”ın vitse-prezidenti Kənan Kərimov ötən günlərdə “Futbol+”ə verdiyi açıqlamada komandanın növbəti ev oyununu Yevlaxda keçirəcəyini əminliklə bildirib. PFL-in saytında yer alan 7-ci turun afişası isə fərqli mətləbdən xəbər verir.

Belə ki, qurumun saytında oktyabrın 5-nə nəzərdə tutulan “Karvan-Yevlax” – “Sabah” oyununun Şamaxıda keçiriləcəyi göstərilib.
Bu məqamı aydınlaşdırmaq üçün PFL-in Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“Düzəldiləsi, tamamlanası xeyli iş var. Bu dəyişikliklərin həyata keçirilməsi real görünmür. Meydançanın standartlara uyğun olmasına görə sertifikat da alınmalıdı. Bir sözlə, 7-ci turun “Karvan-Yexlax” – “Sabah” oyununun Yevlaxda keçirilməsi real görünmür”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью