Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında 18-ci tur start götürəcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyunu "gənclik şəhəri" təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün 2-ci matçında "Qəbələ" "İmişli" ilə qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki görüşü 2:2 hesabı ilə başa çatıb.
30 yanvar (cümə)
14:30. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Yevlax şəhər stadionu
17:00. “Qəbələ” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu
31 yanvar (şənbə)
14:30. “Kəpəz” – “Şamaxı”
17:00. “Zirə” – “Sabah”
1 fevral (bazar)
16:00. “Araz - Naxçıvan” – “Neftçi”
18:30. “Qarabağ” – “Turan Tovuz”
Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 6 qol
Karim Rossi ("Şamaxı") - 6 qol