Karvan Yevlax vidalaşdığı legioneri geri qaytarır

08.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni turnir cədvəlinin sonuncu pilləsində tamamlayaraq 1-ci Liqaya düşən "Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümə son iş yeri "Mingəçevir" olan ramiz Məmmədovun rəhbərliyi altında başlacaq bölgə təmsilçisi bu yay yollarını ayırdığı legioner hücumçunu geri qaytarmaqda qərarlıdır.

Söhbət nigeriyalı forvard Peter Kinqsdən gedir. Kinqs artıq bir neçə il formasını geyindiyi "ağ-qaralar"a qoşulmağa razılıq verib.

Nihat  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью