“Karvan Yevlax”ı dayandıran tapıldı

03.09.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Karvan-Yevlax - Qarabağ (Ağdam) 0:2 (0:1)
1. Kamran İbrahimov - 5,5
4. Olavale Doyeni - 5,5
32. Elvin Yunuszadə (k) - 4,0
3. Said İranxan - 5.5
37. Mois Nqvisani - 5,0
6. Vadim Abdullayev - 5,5
77. Əli Abdullayev - 5,5
42. İbrahim Qədirzadə - 5,5
(10. Samuel Durrant, 63) - 5,0
8. Peter Kinqs - 6,0
(12. Vitor Roşa, 77) - qiymətsiz
19. Tompson Qavi - 5,5
14. Uğur Cahangirov - 5,5
(11. Kayl Spens, 84) - qiymətsiz
Ehtiyat oyunçular
25. Əmrah Bulud
15. Rəhman Şabanov
33. Eltun Turabov
18. Süleyman Əhmədov
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
2. Şakil Sno
21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
Komansanın ən yaxşısı: Peter Kinqs
1. Şahruddin Məhəmmədəliyev - 6,0
30. Abbas Hüseynov - 5,5
(17. Kamilo Duran, 59) - 6,0
3. Sami Mmae - 6,0
55. Bədavi Hüseynov - 5,5
18. Dani Bolt - 6,0
6. Kris Kuaku - 5,5
(35. Pedro Bikalyo, 89) - qiymətsiz
32. Hikmət Cəbrayılzadə - 5,5
(20. Kadi Borges, 59) - 6,5
27. Toral Bayramov - 5,5
11. Emmanuel Addai - 7,5
21. Aleksey Kaşuk - 6,0
22. Musa Qurbanlı - 6,0
(90. Nəriman Axundzadə, 89) - qiymətsiz
Ehtiyat oyunçular
99. Mateuş Koxalski
97. Fabian Buntiç
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
10. Abdulla Zubir
8. Marko Yankoviç
2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Emmanuel Addai
Qollar: E.Yunuszadə, 11-öz qapısına (0:1). E.Addai, 72 (0:2, K.Borges).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
31 avqust. Şamaxı. Şəhər stadionu. 800 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Nə qədər qəribə olsa da, oyundan əvvəl “Qarabağ” turnir cədvəlində yanlız “Kəpəz”dən irəlidə idi. “Karvan-Yevlax” isə ilk iki oyundan sonra dörd xal toplamışdı.

Məğlubiyyətin nə olduğunu bilməyən yevlaxlılar bu oyuna da yaxşı hazırlaşmışdı. Oyunda ilk təhlükəli vəziyyət start fitindən cəmi 4 dəqiqə sonra yarandı. Addainin qapı qarşısına ötürməsindən sonra Kaşuk iki futbolçunu keçdi, amma zərbəsini Kamran dəf etdi. Qayıdan topu Toral qapıya yönəltsə də, Əli boş qapıdan çıxardı. 11-ci dəqiqədə Addai yenə cinahla irəlilədi və yenə qapı qarşısına təhlükəli ötürmə verdi. Bu dəfə təcrübəli Elvin topu çıxarmaq istəyərkən səhvə yol verdi və hesab açıldı. 23-cü dəqiqədə Kinqs gözəl hərəkətlə illərin təcrübəsi Bədavini geridə qoyaraq, qapı qarşısına ötürmə verdi, amma Uğur topu qapıdan keçirə bilmədi. 7 dəqiqə sonra nominal meydan sahibləri növbəti dəfə təhlükə yaratdı. Vadimin akrobatik tullanışla zərbəsindən sonra top dirəyə dəydi. Hissənin davamı qonaqların dominantlığı şəraitində davam etdi. Hansısa təhlükə də yaranmadı.
2-ci hissədə isə ilk təhlükəli vəziyyəti yevlaxlılar yaratdı. 52-ci dəqiqədə Nqvisani uzaqdan qapını yoxladı, Şahruddin yerində idi. 60-cı dəqiqədən sonra Qurbanov əsas oyunçularından bəzilərini, həmçinin yeni transfer Duranı meydana buraxdı. 70-ci dəqiqədə Kadinin qapı qarşısına ötürməsini tamamlayan Addai fərqi artırdı. “Karvan-Yevlax” bu mövsüm çempionatda ilk dəfə uduzdu, “Qarabağ” isə ilk qələbəsini qazandı.
Gözdən qaçmadı
* Bədavi və Musa qadın hakimlə görüşmədi.
* Medina ilə şəkil çəkdirə bilməyən azyaşlı “Qarabağ” azarkeşi ağladı.
* Oyundan sonra “İmarət Tayfa” futbolçuları çağırıb birlikdə bəstə oxudu.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью