Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Premyer-liqada uğursuzluğa düçar olub, 1-ci liqaya yuvarlanan “Karvan-Yevlax”da baş məşqçi ayrılığından xəbər vermişdik. Füzuli Məmmədovun gedişindən sonra boş qalan posta kimin gələcəyi böyük maraq doğurur. Yeni çalışdırıcının gəlişi klubun məqsədlərinin hansı yöndə olduğunundan xəbər verəcək.
Yeni baş məşqçinin adı nə vaxt açıqlanacaq? Namizədlər varmı? “Football-plus.az” bu suallara cavab tapmaq üçün “Karvan-Yevlax”ın mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxlayıb:
“Hələ bu məsələlər dəqiqləşməyib. Rəsmi məlumat olsa, açıqlayacayıq. Bu ay ərzində açıqlanmalıdı. Vaxt azalır, komanda məşqə başlamalıdı. Kimlərlə görüşüldüyü barədə məlumatım yoxdu. Məsələ rəhbərlik səviyyəsində aparılır”.
İSRAYIL XEYRULLAYEV