“Karvan Yevlax”ın gözü yoldadı

12.10.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Mövsümün əvvəlindən ev oyunlarını Şamaxıda keçirən “Karvan-Yevlax” hələ də Yevlaxa qayıda bilmir.

Səbəb isə Yevlaxdakı stadionun ot örtüyünə FİFA lisenziyasının verilməməsidi. Lisenziya veriləndən sonra PFL təftiş etməli, sonra komanda Yevlaxa köçməlidi. Lakin hələ də bir xəbər yoxdu. Klubun mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq, məsələnin nə yerdə qaldığını soruşduq:

“Gəlib baxmalıdılar - sertifikat verməlidilər. Ondan sonra da PFL-in təftişi olmalıdı. Hələ ki gözləyirik. Nə vaxt gələcəkləri bəlli deyil”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью