Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Səbail”in yaxşı və iddialı komanda olduğunu bilirik. Bizi çətin səfər oyunu gözləyir. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Karvan-Yevlax”ın kapitanı Sadiq Quliyev dördüncü turda “Səbail”ə karşı keçirəcəkləri çətin səfər matçı öncəsi deyib.
Təcrübəli futbolçu komandanın qarşılaşmadakı əsas hədəfini və bir xalın nə dərəcədə qaneedici olduğunu vurğulayıb.
“Əlbəttə, oyunun gedişindən asılı olaraq, bir xal da dəyərli ola bilər, amma 'Səbail'lə matçda əsas hədəfimiz maksimum nəticə, yəni üç xal qazanmaqdır. Bunun üçün meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Birinci Liqanın dördüncü turu çərçivəsində oktyabrın 8-də keçiriləcək “Səbail” - “Karvan-Yevlax” qarşılaşması Binə qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti saat 15:30-da səsləndiriləcək.