“Karvan Yevlax”ın keçmiş hücumçusu Şotlandiyada

13.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Karvan-Yevlax”ın keçmiş hücumçusu Coy-Slayd Mikkels karyerasını Şotlandiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, Ruanda millisinin 30 yaşlı forvardı “Hibernians” klubu ilə müqavilə bağlayıb. Bu barədə Edinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yevlax təmsilçisi ilə müqavilə müddəti başa çatan və uzadılmayan təcrübəli hücumçu yeni klubuna azad agent kimi qoşulub.

Təcrübəli mərkəz hücumçusu başa çatan 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində Azərbaycan Premyer Liqasında meydana çıxdığı 19 matçda 5 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью