“Karvan Yevlax”ın planı pozula bilər: Ramiz Məmmədova xaricdən təklif var

10.07.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Karvan-Yevlax"ın baş məşqçi postuna gətirmək istədiyi Ramiz Məmmədov karyerasını ölkə xaricində davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 57 yaşlı mütəxəssis Qazaxıstan və Qırğızıstanın yüksək liqa təmsilçilərindən təklif alıb.
Mənbənin bildirdiyinə əsasən, hər iki ölkənin adı açıqlanmayan klubları Məmmədovu baş məşqçi vəzifəsinə gətirmək istəyirlər.
Təcrübəli çalışdırıcı isə gələcəyi ilə bağlı yekun qərar verməzdən əvvəl qarşı tərəfdən düşünmək üçün vaxt istəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью