Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik.
Bunu “Report”a açıqlamasında Azərbaycan I Liqasında çıxış edən “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov VIII turda “Qəbələ” ilə baş tutan matçdan sonra AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasına münasibət bildirərkən deyib.
Mütəxəssis 2-si şərti olmaqla aldığı 5 oyunluq cəzanı ədalətsiz hesab edib: “Bizi dayandırmaq üçün hər şeyə əl atırlar.
Cəzalanmalı olmayan futbolçuları cəzalandırırlar. Söz tapıb deyə bilmirəm. Hakimlə bağlı heç bir tədbir görmədilər.
Əvəzində cəzalarla bizi əzdilər və komandanın “belini qırdılar”.
Baş məşqçi haqlarının yeyildiyini vurğulayıb: “Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik.
Çünki hər şeyin səbəbkarı baş hakim Tural Qurbanovdur. O qaldı kənarda, xal və turnir cədvəlində liderlik mövqeyini itirən biz olduq.
Halbuki hakimə heç bir fiziki təzyiq olmamışdı. Oyun zamanı ikinci penalti epizodunda futbolçumuz yalvardı ki, penalti versin.