Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. “Karvan”ın baş məşqçisi Kənan Kərimov ikisi şərti olmaqla 5 oyunluq cəzalanıb.
SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
K.Kərimov I Liqanın VIII turunun “Karvan” - “Qəbələ” görüşündən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə cəzalanıb.
Sınaq müddəti 3 ay təyin edilib. Baş məşqçinin bu hərəkəti həmçinin klubun 400 manat cərimələnməsi ilə nəticələnib.
K.Kərimovun köməkçisi Zaur Hacıyev də cəzalandırılıb. O, rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq diskvalifikasiya olunub, Yev
“Karvan”ın futbolçuları - Müşfiq Teymurov və Bəhruz Teymurov da ciddi cəzaya məruz qalıblar.
M.Teymurov matç bitdikdən sonra hakimləri təhqir etdiyinə və aqressiv davrandığına görə 4 oyunluq cəzalandırılıb.
B.Teymurov da hakimləri təhqir etdiyi üçün 4 matçlıq diskvalifikasiya edilib.