“Karvan”ın baş məşqçisi və digər üzvləri cəzalandı

03.12.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Karvan”ın baş məşqçisi Kənan Kərimov cəzalanıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis I Liqada “Qəbələ” ilə oyundan sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 matç cəzalanıb.

Eyni zamanda, “Karvan” 400 manat cərimələnib, mütəxəssisə isə 3 aylıq sınaq vaxtı təyin edilib.

“Karvan” – “Qəbələ” oyunu (0:1) ilə bağlı digər cəzalar:

“Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);

“Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya  atıldığına görə “Karvan” komandası 80 manat cərimə edilir (maddə 52.1);

“Karvan” – “Qəbələ” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

“Karvan” – “Qəbələ” oyununda diktor Əsasnamənin tələblərini pozduğuna görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 80);

“Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 43.7) ;

“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 77 nömrəli futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);

“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);

“Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir (maddə 44.2);

 
Əsas xəbərlər, Ölkə futbolu Kərimovdan sərt ittiham: “Haqqımızı yedilər”

29 Noyabr 2024, 14:00

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ” liderliyə yüksəldi

28 Noyabr 2024, 17:05

Əsas xəbərlər, Ölkə futbolu “Karvan”dan gözlənilməz xal itkisi

7 Noyabr 2024, 18:35

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Kubok “qurban” verildi: “2 turnirdə mübarizə aparmaq çox çətindir”

31 Oktyabr 2024, 10:13

Əsas xəbərlər, Ölkə futbolu “Karvan” Kubokda mübarizəni dayandırdı – VİDEO

30 Oktyabr 2024, 20:29

Əsas xəbərlər, Ölkə futbolu “Karvan”ı dayandırmaq olmur

24 Oktyabr 2024, 17:10

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью