“Karvan”ın istədiyi futbolçu həbs olunub

27.01.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan həbs edilib.

İdman.biz xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi narkotik maddələrin kontrabandasında şübhəli hesab olunur.

O, Cənubi Amerikadan Avropaya gətirilən kokainin Antverpen limanına çatdırılması ilə bağlı həbs edilib.

Qeyd edək ki, “İnter”lə İtaliya çempionu olan Naynqolan “Roma”, “Kalyari” və “Spal”da da çıxış edib. 2024-cü ilin sonlarında adı Azərbaycanın I Liqasında mübarizə aparan “Karvan”la hallanan Naynqolan vətənində “Lokeren Temse”yə keçib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью