Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli premyer-liqasında 12-ci turdan sonra 6 xal qazanan “Karvan-Yevlax” baş məşqçisi Azər Həşimovla yolları ayırdı, Fizuli Məmmədovu bu posta təyin etdi. Azər Həşimovun zamanında 1 qələbə qazanan, 2 heç-heçə edən Aran təmsilçisi böyük ümidlərlə gətirilən Fizuli Məmmədov dönəmində cəmi 1 xal qazana bilib.
Klub rəhbərliyi ilk səhvi kor-təbii şəkildə keyfiyyətsiz legionerlər gətirməklə etdi. Komandanı elitaya çıxaran Kənan Kərimov isə vitse-prezident elan olundu. Azər Həşinov gənc olsa da, iradəsini ortaya qoya bilən məşqçi idi. Amma onu da gözümçıxdıya saldılar, axırda da yolları ayırdılar. Bu mütəxəssislə “Karvan-Yevlax” “Kəpəz”i məğlub etmişdi, “Neftçi” və “Qəbələ” ilə heç-heçə etmişdi.
Artıq bu qərarlardan sonra klub rəhbərliyi də dərk edib ki, “dəvələr”in karvanı gedib.
MÜZƏFFƏR QULUZADƏ