“Karvan”ın şikayəti təmin edilmədi

11.12.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi “Karvan” klubunun şikayətləri təmin edilməyib. Qərarda bunlar qeyd edilib:

1. Şikayətçi “Karvan” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməsin.

2. 27.11.2024-cü il tarixdə I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, “Karvan” klubunun 300 manat cərimə edilməsi (2024/2025 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Əsas xəbərlər, Ölkə futbolu Bölgə klubuna texniki məğlubiyyət verildi

7 Dekabr 2024, 18:09

Əsas xəbərlər, Ölkə futbolu AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat aldı

7 Dekabr 2024, 15:19

Əsas xəbərlər, Ölkə futbolu Riad Rəfiyevin məhkəməyə dediyi yalan – AFFA və PFL

6 Dekabr 2024, 12:23

Əsas xəbərlər, Manşet, Ölkə futbolu İcraiyyə Komitəsi son iclasa – diqqətlər AFFA-da

6 Dekabr 2024, 10:15

Əsas xəbərlər, Ölkə futbolu Biri oyunçu tapmadı, biri gecikdi

5 Dekabr 2024, 18:09

Əsas xəbərlər, Ölkə futbolu Hakimləri təhqir edən məşqçiyə ağır cəza

5 Dekabr 2024, 17:53

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью