Karvaxal klubunu dəyişir, Madriddə qalır

12.10.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Madrid “Real”ının sabiq müdafiəçisi Dani Karvaxal “Xetafe”yə keçidin bir addımlığındadır.

İdman.Biz jurnalist Matteo Morettoya istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun oktyabrın 12-də və ya çərşənbə axşamı səhər yeni klubu ilə müqavilə imzalaması gözlənilir. Hazırda tərəflər keçidi rəsmiləşdirmək üçün zəruri sənədləri mübadilə edirlər.

Karvaxal peşəkar karyerasının demək olar ki, hamısını həsr etdiyi “Real”dan ayrıldıqdan sonra azad agent statusundadır.

Madrid klubunun yetirməsi uzun illər əsas komandada çıxış edib. Yeganə istisna ispaniyalı müdafiəçinin Almaniyanın “Bayer” klubunda keçirdiyi 2012/2013 mövsümü olub.

Qeyd edək ki, “Xetafe” İspaniya çempionatının turnir cədvəlində 14-cü yerdədir. Komanda növbəti oyununu oktyabrın 15-də UEFA Konfrans Liqasında Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью