Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Xetafe” “Real Madrid”in sabiq futbolçusu Dani Karvaxalın transferi ilə bağlı şifahi razılığa gəlib.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, tərəflər bütün əsas məsələlər üzrə razılığa gəlib. Futbolçu tibbi müayinədən keçib və transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Romano sosial şəbəkə hesabında “Here we go!” ifadəsi ilə başlayan paylaşımında Karvaxalın “Xetafe”yə keçidi ilə bağlı razılığın əldə olunduğunu və klubun transferi elan etməyə hazır olduğunu qeyd edib.
Karvaxal 2013-2026-cı illərdə “Real Madrid”in əsas komandasında çıxış edib. İspaniyalı müdafiəçi Madrid klubunun heyətində 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.