Icma.az, Bakupost saytına istinadən bildirir.
Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qum üyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.