Karyera həyatı formalaşdırır

28.06.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclik dövründə müəyyən edilən peşə maraqları yalnız gələcək peşə seçimini deyil, insanın sonrakı həyatında verəcəyi mühüm qərarları da proqnozlaşdıra bilir.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Miçiqan Dövlət Universitetinin alimləri maraqlı bir nəticəyə gəliblər. 

“Journal of Personality and Social Psychology” jurnalında dərc olunan tədqiqat çərçivəsində 8 mindən çox insan 11 il ərzində izlənilib. İştirakçılar 2011-2012-ci illərdə peşə maraqlarını müəyyən edən testlərdən keçiblər. On ildən çox vaxt keçdikdən sonra alimlər onların iş həyatı, ailə münasibətləri və ictimai fəaliyyətlərini təhlil ediblər.

Məlum olub ki, liderlik, biznes və insanlara təsir göstərmək istəyi ilə xarakterizə olunan maraqlar daha yüksək vəzifələrə yüksəlmə, ictimai fəaliyyətlərdə iştirak və müxtəlif sosial uğurlarla əlaqəlidir. Sosial yönümlü maraqlar ailə və münasibətlər sahəsində, bədii maraqlar isə mədəni tədbirlərdə iştirakla bağlı olub.

Tədqiqat müəllifləri bildirirlər ki, peşə maraqları insanın şəxsiyyət xüsusiyyətləri qədər, bəzi hallarda isə onlardan daha güclü proqnozlaşdırıcı amil ola bilər. Onların fikrincə, bu testlərdən yalnız yeniyetmələr deyil, hər yaşda insanlar həyat və karyera qərarları verərkən faydalana bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью