Karyera, yoxsa ailə... Yeni ana olan qadınlar iş və şəxsi həyatı arasında seçim qarşısında qoyulmamalıdır

07.03.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Facemark" və "İNCİ - İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçirilib. Tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin birinci panelində “GDG PRofessionals” şirkətinin təsisçisi Gülzar Quliyeva çıxış edib. Şirkət rəhbəri çıxışı zamanı yeni ana olan qadınların iş və şəxsi həyatı arasında seçim etmə zərurətində qaldığından bəhs edib. Onun sözlərinə görə, burada seçim etmək şəxsi dəyərə bağlıdır.

“İş həyatına atılan və ya öz zamanını sadəcə övladına ayıran qadınları heç kim qınaya bilməz. Əslində onları heç kim seçim qarşısında qoymamalıdır. Hər kəsin özünə görə seçimləri, düşüncələri, öncəlikləri var. Kimsə iş həyatına daha çox vaxt ayırmaq, kimsə övladının ilk addımlarını görmək və ya ilk kəlmələrini eşitmək, kimsə də övladı ilə daha çox vaxt keçirmək istəyir. Əgər bir qadın həm iş, həm də ailə həyatını eyni anda yerinə yetirə bilirsə, onu sadəcə alqışlamaq lazımdır. Amma heç bir qadın ikisini bir arada aparmaq məcburiyyətində qoyulmamalıdır”, -deyə Gülzar Quliyeva qeyd edib.

Leyla, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью