“Karyeramın indiyə qədərki ən uğurlu dönəmi “Sabah”da olub”

13.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, vinger “Sabah”dakı dönəmlərindən də söz açıb:

“Karyeramın indiyə qədərki ən uğurlu dönəmi “Sabah”da olub. Cinahda çıxış edirdim və özümü sübut etmək üçün can atırdım. Hər şey mükəmməl alınırdı. Həmin vaxt “Qarabağ” digər komandalardan çox irəlidə. Buna baxmayaraq, mübarizə apardıq, çempionata rəng qatdıq. Sonda ikinci yeri tuta bilmişdik. Klub üçün tarixi nəticə idi, ilk dəfə avrokuboklara vəsiqə qazanılmışdı. Bundan sonra futbolçularda özünəinam daha da artmışdı”.

Kaşuk 2022-2023-cü illərdə “Sabah”da forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью