futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın futbolçusu Rafinya açıqlama verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu karyerasını bitirmək istədiyi klubu söyləyib:
“Özümü burada xoşbəxt hiss edirəm. Durumumdan məmnunam və işlər istədiyim kimidir. Hər şey qaydasında getsə, karyeramın sonuna qədər “Barselona”da qalmaq istərdim”.
Rafinya 2023-cü ildən Kataloniya təmsilçisində çıxış edir. O, bu mövsüm La Liqada 10 oyunda 15 qol vurub.
29 yaşlı futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.