Karyerasını başa vurdu

15.10.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Adrien Silva futbolçu həyatı ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, Portuqaliya yığmasının sabiq oyunçusu karyerasını başa vurduğunu açıqlayıb. 36 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Silva vida paylaşımında bütün komanda yoldaşlarına, məşqçilərinə, azarkeşlərə təşəkkür edib.
Milli komanda ilə AÇ-2016-nın qalibi olan Adrien Avropada “Sportinq”, “Makkabi” (Hayfa), “Akademika”, “Lester”, “Monako”, “Sampdoriya” və “Riu Ave”də oynayıb. Onun sonuncu iş yeri Birləşmiş Ərəb Əmirliklarınin “Dubay Yunayted” klubu olub. Silvanın Portuqaliya yığmasında 26 oyuna 1 qol vurduğunu da xatırladaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью