Karyerasını başa vurmayacaq

29.12.2024

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bir neçə ay əvvəl David Alabanın ağır zədə üzündən karyerasını başa vuracağı haqda xəbər yayılmışdı. Lakin bu iddia doğru çıxmayıb.

O, gələn ilin yanvarında məşqlərə başlayacaq. Bunu jurnalistlərə “Real”ı çalışdıran Karlo Ançelotti deyib. İtaliyalı mütəxəssis Alabanın qış fasiləsindən sonra komanda ilə məşqlərdə iştirak edə biləcəyini bildirib.
Xatırladaq ki, Avstriya yığmasının müdafiəçisi bir il əvvəl dizindən ağır zədə almışdı. İspaniya mənbələrində buna görə iki əməliyyat keçirən Davidin yaşıl meydana dönə bilməyəcəyi ilə bağlı iddia yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью