Karyerasını bitirən həndbolçu “Qarabağ”ın baş məşqçisi təyin olunub EKSKLÜZİV

25.08.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan millisinin sabiq həndbolçusu və kapitanı Sabir Nəzərəliyev karyerasını bitirib.

Bu barədə AZƏRTAC-a 39 yaşlı veteran idmançının özü məlumat verib.

Keçmiş həndbolçu artıq məşqçiliyə də başlayıb. O, kişi həndbolçulardan ibarət “Qarabağ” klubunun baş məşqçisi təyin olunub. Müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Qeyd edək ki, Sabir Nəzərəliyev ötən mövsüm “Bakı” komandasında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью