Karyerasını bitirən Pepe Real a dönür SON DURUM

05.02.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Əfsanəvi portuqaliyalı müdafiəçi Pepe karyerasını bərpa etdirərək "Real Madrid"ə qayıda bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.

Xəbərə görə, hazırda müdafiənin mərkəzində böyük problemləri olan İspaniya nəhəngi Pepe ilə qısamüddətli müqavilə bağlamağı planlaşdırır. Eder Militao, Antonio Rudiger və David Alabanın zədəli olması "Kral klubu"nu belə addım atmağa sövq edir. 

Qeyd edək ki, Pepe karyerasını 2024-cü ilin yayında başa vurub. 

41 yaşlı portuqaliyalı futbolçu 2007-2017-ci illərdə "Real"da çıxış edib, Madrid klubu ilə 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью