Karyerasını bitirməyə hazırlaşan müğənni təltif olundu

10.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin müğənni İrina Alleqrovanı “Mədəniyyət və incəsənətdə xidmətlərinə görə” ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bununla bağlı fərman Rusiya dövlət başçısının rəsmi saytında dərc olunub.

Qeyd edək ki, keçən il avqustun sonunda Alleqrovanın səhnəni tərk etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı. Bildirilmişdi ki, müğənni yorğundur və yaxın gələcəkdə karyerasını birdəfəlik bitirməyi planlaşdırır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью