Karyerasını bitirməyi düşünürdü, amma...

04.07.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Karyerasını bitirməyi düşünürdü, amma...

Argentina millisi DÇ-2026-nın 1/16 finalında Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

QOL.az xəbər verir ki, son dünya çempionlarının qələbəsində əsas pay sahibi Lisandro Martines olub. 28 yaşlı müdafiəçi bir qol vurub, bir məhsuldar ötürmə edib.

"Goal" nəşrinin məlumatına görə, matçdan sonra Martines bu uğurun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, ön çarpaz bağ zədəsindən sonra karyerasını bitirməyi düşündüyünü etiraf edib:

"Zədəmlə bağlı baş verənləri xatırlayanda ağlamaq istəyirəm. Harda olduğumu belə dərk edə bilmirdim. Əgər mən sıradan çıxdığım vaxt qızım doğulmasaydı, bu gün burada, bu meydanda olub-olmayacağımı bilmirəm. Amma bu gün mən dünya çempionatında qol vurdum".

Qeyd edək ki, Argentina millisi 1/8 finalda Misirlə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью