Karyerasını İtaliyada davam etdirə bilər

01.04.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter” yay transfer pəncərəsi üçün aktiv hazırlıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, “neradzurrilər”in ən vacib satınalmalarından biri “Marsel”in vingeri Luis Enrike ola bilər. Fransa klubunun 23 yaşlı braziliyalını ən azı 30 milyon avroya satacağı gözlənilir.

Onu da əlavə etmək lazımdır ki, “Bavariya” Enrikeni transfer etməyə çalışır.

Fransa çempionatının cari mövsümündə futbolçu 27 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью