“Kaş, analıq hissini yaşasaydım…”

11.11.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

Məşhur türk müğənni Ajda Pekkan bir tədbirdə jurnalistlərlə görüşüb.
OLAY yazır ki, sənətçi evliliklə bağlı sualları cavablandırarkən diqqətçəkən açıqlamalar verib.

Superstardan övlad sahibi olmadığı üçün peşmanlıq duyub-duymadığı soruşulub. Ajda Pekkan isə bu suala səmimi cavab verib.

“Bu həyatın içində qorxdum. Bu qədər gərgin iş rejimində, həyatın ziddiyyətləri arasında bunun öhdəsindən gələ bilməzdim. Analıq çox gözəl hiss deyilmi? Kaş ki, bunu yaşasaydım. Amma qorxdum. Səhv bir şey etməkdən çəkindim” deyə sənətçi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью