Kaş bunlarla mübarizə apara bilərdik

20.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Mahnının əsl sahibinin bəstəkar, yoxsa ona pul ödəyən müğənni olması ilə bağlı müzakirəyə Əməkdar artist Lalə Məmmədova və müğənni İradə İbrahimova da qoşulub.

Axşam.az xəbər verir ki, Lalə Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüb.

“Müğənninin yalnız ifaçılıq hüququ var. Çox zaman sənətçilər mahnı üçün bəstəkara, şairə ödəniş edəndə elə bilirlər ki, müəllif hüququnu da alırlar. Xeyr, müğənni ifa etmək üçün icazənin qonorarını ödəyir. Müəllif hüququ bəstəkar və şairdə qalır. Mən mahnının ilk ifaçısıyam, sahibi yox” deyə, sənətçi yazıb.

İradə İbrahimova isə mahnıların xarici ölkələrdə icazəsiz ifa olunmasına etiraz edib. O, bu məsələdə müəlliflərin hüquqlarını qorumağın vacibliyini vurğulayıb:

“Kaş başqa ölkələrdə mahnılarımızı icazəsiz oxumaqla qalmayıb, üstəlik, anonim kimi təqdim edənlərlə də savaş apara bilək. Boş-boş mövzularla gündəmi zəbt etmək günahdır. Yadıma “Aşığın sözü bitəndə dalay-dalay deyir” atalar sözü düşdü.

Sevgilər. Mən əlimdən gələni etdim, amma sildirə bilmədim. Mahnı canlı musiqiçilərlə oxunduğu üçün heç kim, heç nə edə bilmədi. Müəlliflər şəxsən etiraz etməli idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью