Kaş, itin yerinə mən olardım Meyxanaçıdan ilginc ETİRAF

27.05.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bir itim var idi, o öləndə mən ağladım”.

Globalinfo.az xəbər verir ki, bunu meyxanaçı Ağamirzə Məmmədov Baku TV-də yayımlanan “Qapqara” verilişinə müsahibəsində deyib.

“Heyvan can verəndə əlim cibimdə ona baxırdım, heç cür kömək edə bilmirdim. Deyirdim ki, kaş itin yerində mən olardım. O, bir dəfə mənə xəyanət etmədi, yalandan hürmədi, cızığından çıxmadı. Məndən yaxşı idi. O qədər yalan danışmışam, xəyanət etmişəm, əyri yola getmişəm, pis işlər görmüşəm”,  – o bildirib.

Meyxanaçı hərdən özünə yaxşı ölüm arzuladığını da vurğulayıb:

“Hər şeydən canım qurtarsın, xüsusilə də pis insanlardan, fitvalardan…”.

Leyla Əlisoy
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью