“Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya...”

23.09.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“İllərdir yollardakı tıxaclara nə vaxt çarə qılınacağı barədə danışanda yarızarafat-yarıcıddi deyirdik ki, bu işdə ciddi dönüş o vaxt başlayacaq ki, tıxaclar onlara əncam çəkməli olanların və bu şəxslərə və ya qurumlara təsir etmək səlahiyyəti olanların darvazalarına qədər gəlib çıxsın”.

Adalet.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. 

“Deyəsən, həmin vaxt gəlib çatıb. Bu həftənin əvvəlində Milli Məclisdə Bakı tıxacları barədə danışılanlar bunu yadıma saldı. Özü də yəqin ki, tıxac mözusundakı belə emosional söhbətlər təkcə parlamentdə yox, icra hakimiyyəti orqanlarında da gedir. Sadəcə parlamentdən fərqli olaraq, icra hakimiyyəti orqanlarındakı söhbətlər mediaya çıxmır. Bunları eşidəndə adamın ağlına maraqlı suallar gəlir: Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz? Bakının və Abşeron aqlomerasiyasının beton cəngəlliyə döndərildiyini, tramvay xətlərinin söküldüyünü, yollarda bəyənmədiyiniz digər işləri görmürdünüz?.. Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya.

Rəhmətlik Mirzə Ələkbərin hələ uşaq vaxtı oxuduğum misraları tez-tez yadıma düşür:

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!

Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!
Yat, qal dala, laylay!”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью