“Kaş sən də yanımızda olardın” Şəhid oğlu 1 ci sinfə getdi

15.09.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

44 günlük Vətən müharibəsində şəhid olan Nicat Həsənquliyevin övladı bu gün 1-ci sinfə qədəm qoyub.

Modern.az xəbər verir ki, şəhidin xanımı Aytac Həsənquliyeva sosial mediada oğlunun fotolarını paylaşıb.

O qeyd edib ki, Nicat Həsənquliyev şəhid olanda övladı 5 aylıq idi. İndi isə onların övladı Bakir məktəbə getməyə başlayıb.

Kədərini gizlətməyən şəhid xanımı "Kaş sən də övladımızın yanında olardın. Ən çox belə vaxtlarda yoxluğunu hiss edirik" cümlələri ilə hisslərini ifadə edib.

Nicat Həsənquliyev 1989-cu il dekabrın 9-da Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Nicat Həsənquliyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.

Lamiyə Cənnətzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью