“Kashalata” inklüziv kafesində poeziya axşamı

22.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

ADA Universitetinin Məzunlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə sosial inteqrasiyasının əsas fəaliyyət istiqaməti olan Azərbaycanın ilk inklüziv kafesi – “Kashalata”da poeziya axşamı keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ADA Universitetinin məzunlarını inklüziv məşğulluq modeli ilə tanış etmək və autizm spektri pozuntusu olan gənclərin dəstəklənməsi məsələlərinə diqqəti artırmaq olub.

Tədbirin əvvəlində “Kashalata” kafesinin həmtəsisçiləri Natəvan Məmmədova və Aytən Qasımova-Eynalova qonaqlar qarşısında çıxış edərək xüsusi qayğıya ehtiyacı olan gənclərin işlə təmin olunmasında “Kashalata” kafesinin mühüm rolunu qeyd ediblər. Onlar belə təşəbbüslərin bütün ölkə üzrə yayılmasının zəruriliyini vurğulayıblar.

Poeziya axşamında şairlər və qiraətçilər çıxış ediblər. Yaradıcı proqramda, həmçinin “Kashalata” kafesinin əməkdaşları – autizm spektri problemi olan gənclər İlyas Əfəndiyev (şeir qiraəti) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin autizm sindromlu ilk məzunu Əlisahib Bayramov (fortepiano) iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью