Kasıb ailənin güclə tikdiyi tövləni sökürlər Video

05.06.2025

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aparıcı Aytən Səfərova Zərdabda baş verən bir hadisə ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcının yayımladığı videoda bir ailənin tövləsinin söküldüyü anlar əks olunub.

"Bu videonu mənə Zərdabdan göndərdilər. Bildirilir ki, Zərdabın Qoruqbağı kəndində ən kasıb ailənin qəpik-qəpik yığıb tikdiyi tövləni uçururlar. Bu ailənin mal-qaradan başqa heç bir yerdən gəliri yoxdur. Əziyyətlə tövlə tikiblər, onu da uçurdurlar ki, qanunsuz tikililərlə mübarizə aparılır" deyə, Aparıcı paylaşımda yazıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью