Kasıb ölmək arzusunda olan milyarder vəfat etdi

22.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ-ın tanınmış milyarderi və xeyriyyəçisi T. Denni Sanford 90 yaşında vəfat edib. O, həyatının sonunadək sərvətini xeyriyyə işlərinə xərcləyərək kasıb ölməyi qarşısına məqsəd qoymuşdu.
Bizim.Media xəbər verir ki, Sanford sağlığında 4 milyard dollardan çox vəsaiti tibb, təhsil və elm sahələrinə ianə edib. Onun təxminən 2 milyard dolları adını daşıyan Sanford Health tibb şəbəkəsinin inkişafına yönəldilib.
2007-ci ildə Forbes jurnalına müsahibəsində o, "Cibimdə bir qəpik qalmadan ölmək istəyirəm" demişdi.
 

Sanford sərvətini 1986-cı ildə aldığı First Premier Bank vasitəsilə qazanıb. Bankın yüksək faizli kredit kartları biznesi ona milyardlarla dollar qazandırıb. Daha sonra isə o, sərvətinin böyük hissəsini xeyriyyə məqsədləri üçün bağışlayaraq 2010-cu ildə Giving Pledge təşəbbüsünə qoşulub.


Bununla belə, milyarderin son illəri qalmaqalla yadda qalıb. 2020-ci ildə onun adı uşaq pornoqrafiyası ilə bağlı araşdırmada hallansa da, 2022-ci ildə Cənubi Dakota prokurorluğu cinayət tərkibi müəyyən etmədiyi üçün ittiham irəli sürməyib. Buna baxmayaraq, 2023-cü ildə Sanford Giving Pledge təşəbbüsünün iştirakçıları sırasından çıxarılıb.
Bütün mübahisələrə baxmayaraq, Sanford ABŞ tarixində XXI əsrin ən səxavətli xeyriyyəçilərindən biri kimi yadda qalıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью