“Kasıbların Porşesi” 40 yaşı tamam olur FOTO

30.03.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 dekabr 1984-cü ildə sovet televiziyasının məşhur “Vremya” proqramı bu xəbərin anonsunu verdi: VAZ növbəti avtomobilin kütləvi istehsalına başlayıb.

Avtosfer.az xəbər verir ki, həmin gün Sovet ittifaqının məşhur qabaq intiqallı avtomobili VAZ-2108 həyata vəsiqə aldı. Bu maşının bazsında sonradan VAZ-ın bütün qabaq intiqallı seriyası hazırlandı.
Sovet cəmiyyəti ilk ilk illərdə belə qabaqcıl konstruksiyalı maşını qəbul etmək istəmirdi. Buna görə də o dövrdə maşını yalnız gənc sürücülər alırdılar.

Avtomobilin layihələndirilməsi 5 ilədək vaxt  aparıb ki, bu da sovet reallığı üçün çox qısadır. Maşının layihələndirilməsində Almaniyanın “Porsche” şirkəti də iştirak edib. Bu səbəbdən maşına “kasıbların Porşesi” deyilir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью