Kasıblıq 50 yaşdan sonra beyni sürətlə qocaldır

28.07.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, maddi çətinliklər 50 yaşdan sonra beynin fəaliyyətinə ciddi mənfi təsir göstərir və bu prosesdən qorunmaq çox çətindir.

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, araşdırma çərçivəsində 2 759 nəfər üzərində aparılan müşahidələr göstərib ki, maddi imkanı məhdud olan insanların 53 yaşına çatdıqda yaddaşı və düşünmə sürəti nəzərəçarpacaq dərəcədə zəifləyir.

Tədqiqatın nəticələrinə görə, ali təhsil və yüksək intellekt səviyyəsi belə yoxsulluğun beyin üzərində yaratdığı mənfi təsirin qarşısını ala bilmir.

Alimlər hesab edirlər ki, hesablar, borclar və maliyyə problemləri ilə bağlı daimi narahatlıq xroniki stress yaradır. Bu isə beynin daha tez qocalmasına və idrak funksiyalarının vaxtından əvvəl zəifləməsinə səbəb olur.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью