Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az “Cumhuriyet”-ə istinadən xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza Qurumu 1-ci İxtisas Şurasının hazırladığı rəy Silivri Baş Prokurorluğuna göndərilib.
Ekspertiza rəyində Kozinoğlunun travmatik təsir nəticəsində öldüyünü təsdiqləyən tibbi sübutların olmadığı bildirilib. Həmçinin onun zəhərlənmə nəticəsində vəfat etdiyinə dair hər hansı tibbi sübutun müəyyən edilmədiyi qeyd olunub. Sənəddə Kaşif Kozinoğlunun ölümünün ürək xəstəliyi nəticəsində baş verdiyi göstərilib.
Hadisə ilə bağlı əlavə təfərrüatların açıqlanacağı gözlənilir.