Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif

30.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas DÇ-2026-da tətbiq olunan su fasilələri ilə bağlı maraqlı təklif irəli sürüb.

QOL.az xəbər verir ki, əfsanəvi qolkiper dünya çempionatında hər oyunda keçirilən məcburi su fasilələrinin futbolun formatının dəyişdirilməsi üçün əsas ola biləcəyini bildirib.

“Su fasilələrinin artıq futbol matçlarının adi hissəsinə çevrildiyini nəzərə alsaq, oyunların hər biri 25 dəqiqədən ibarət olmaqla dörd hissədə keçirilməsi yaxşı fikir olmazdımı? Bu, sadəcə bir düşüncədir”, - deyə Kasilyas sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə olaraq bütün matçlarda 22-ci və 67-ci dəqiqələrdə 3 dəqiqəlik su fasilələri tətbiq olunur. Bu vaxt daha sonra hər hissənin əlavə edilmiş vaxtına əlavə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью